Son əlavə olunan xəbərlər

Ambarlı Marport Limanında konteyner gəmisi aşdı

Logistik.az xəbər verir ki, Türkiyənin Ambarlı Marport Limanında yan üstə aşmış olan Komor adaları bayraqlı AMNAH konteyner gəmisindəki 15 personal təxliyə edilib. Əldə olunan məlumata əsasən gəminin ətrafı üzən maneə ilə əhatə olunaraq dənizin çirklənmə riski nəzarət altına alınıb. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Baş vermiş hadisənin hansı səbəblərdən baş verməsi araşdırılır və hadisə ilə bağlı Türkiyənin aidiyyatı üzrə …

Ətraflı oxu »

Dənizçilər təyyarə qəzasında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla anıblar

25 dekabr 2024-cü ildə Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi ölkənin bütün ərazisində saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub. Logistik.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti gəmilərinin heyət üzvləri də sükut dəqiqəsinə qoşularaq qəzada həyatını itirənlərin xatirəsini anıblar. Həmçinin Prezident …

Ətraflı oxu »

Poti limanı konteyner gəmilərinin qəbulunu dayandırdı

Logistik.az gəmi xəttlərinin xəbərdarlığına əsasən məlumat verir ki, Poti limanı müvəqqəti olaraq konteyner gəmilərinin qəbulunu dayandırıb. Buna səbəb 2024-cü il dekabrın əvvəlində Potidə güclü külək və tufan da daxil olmaqla, kəskin hava şəraiti Poti dəniz limanının giriş kanalının lillənməsinə səbəb olub. Nəticədə limanın giriş kanalının dərinliyi konteyner gəmilərinin limana təhlükəsiz daxil olması üçün kifayət etmir. Təcili xəbərlər üçün bizi Telegram kanalından …

Ətraflı oxu »

İspaniya və Əlcəzair arasındakı sularda Rusiya gəmisi batdı

Rusiyanın “Ursa Major” yük gəmisi İspaniya və Əlcəzair arasındakı beynəlxalq sularda batıb. Bu barədə İspaniyanın “Espanol” nəşri məlumat verib. “Rusiyaya məxsus “Ursa Major” ticarət gəmisi Aqilas (Mursiya əyaləti) və Oran (Əlcəzair) şəhərləri arasında beynəlxalq sularda batıb”, – deyə məlumatda bildirilib. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Məlumata görə, gəminin batmasından əvvəl mühərrik bölməsində partlayış baş verib. Gəminin 14 nəfər …

Ətraflı oxu »

Azərbaycan və Türkiyə arasında elektron icazənin tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarda rəqəmsal texnologiyalar uğurla tətbiq olunur. Bu proses ikitərəfli əsasda ölkələrlə mübadilə olunan “İcazə” blanklarının elektronlaşdırılmasını da əhatə edir. Logistik.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, müvafiq layihənin uğurla həyata keçirilməsi nəticəsində Türkiyə Cümhuriyyəti ilə ikitərəfli yükdaşımalarda elektron icazənin tətbiqi ilə ilk sınaq daşınma yerinə yetirilib …

Ətraflı oxu »

Gürcüstan ilə gömrük sərhəddində vəziyyət

Gürcüstan ilə sərhəddə Azərbaycana daxil olmaq üçün növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı 1 300-ə qədər, Azərbaycandan Gürcüstana daxil olmaq istəyən nəqliyyat vasitələrinin sayı isə 676-dır və hazırda sıxlığın artması müşahidə edilməkdədir. Logistik.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Gürcüstan ilə sərhəddə Qırmızı Körpü Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı hazırda 675 civarındadır. Qırmızı Körpü …

Ətraflı oxu »

Qazaxıstandan avtomobillərin bərə ilə Azərbaycana göndərilməsi gecikir

Qazaxıstan KİV-nə istinadən Qazaxıstanın Manqistau vilayətinin Kurık limanında bərə ilə Azərbaycana göndərilməsini gözləyən 1 000-ə yaxın maşın yığılıb. Limanın direktoru Serik Axmetov qeyd edib ki, gecikmə bir neçə səbəbdən baş verib. “Noyabr-dekabr aylarında liman təxminən 50 % hava şəraitinə görə bağlı olur. Digər amil maşınların sayının artmasıdır, çünki Rusiyaya qarşı sanksiya siyahısı genişləndirilib və məhsulların bir hissəsi indi köhnə marşrutlarla …

Ətraflı oxu »

“Şimal-Cənub”la tranzit yükdaşımalarına dair Azərbaycan Rusiya ilə saziş imzalayıb

Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş imzalanıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən Logistik.az xəbər verir ki, saziş nazir Rəşad Nəbiyevin Rusiyaya işgüzar səfəri çərçivəsində imzalanıb. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Məlumata görə, dəmiryolu infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən edən sazişin məqsədi nəqliyyat əlaqələrinin …

Ətraflı oxu »

Türk sürücü Azərbaycanda həyatını itirdi

Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib. Logistik.az “Report”a istinadla xəbər verir ki, Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1973-cü il təvəllüdlü TIR sürücüsü Adəm Talay dünyasını dəyişib. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə İlkin ehtimala əsasən, o, ürək çatışmazlığından ölüb. Meyit tibbi ekspertizaya aparılıb. Faktla bağlı araşdırmaya başlanılıb.

Ətraflı oxu »

Bu ilin əvvəlindən Orta Dəhlizlə 300-cü konteyner qatarı yola salınıb

Sian şəhərindəki Qazaxıstan-Çin terminalından Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə cari ilin əvvəlindən 300-cü konteyner qatarı yola salınıb. “Qazaxıstan Dəmir Yolu” (KTZ) milli şirkəti xəbər verir ki, qatar “ADY Express” (Azərbaycan) və “Xi’an Free Trade Port” (Çin) ilə əməkdaşlıq çərçivəsində göndərilib. “Qazaxıstan ərazisindən Azərbaycana gedən yubiley qatarı yükgöndərənlərin TBNM-ə marağının yüksək olduğunu və onun Çin ilə Avropa arasında sürətli …

Ətraflı oxu »

Dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Bakıdan Çinə yola salınıb

Noyabrın 24-də Azərbaycan-Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salınıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Qeyd olunub ki, Orta Dəhliz beynəlxalq nəqliyyat marşrutu ilə Çindən Azərbaycana tranzit və idxal yüklərinin göndərilməsi ilə yanaşı, Azərbaycandan Çinə ixrac yüklərinin çatdırılması bu dəhlizin səmərəliliyini daha da artırır. Orta Dəhlizin sürətlə inkişafı istər …

Ətraflı oxu »