Son əlavə olunan xəbərlər

Sinqapur limanı Qırmızı Dəniz krizisinə görə 90% gəmi gecikmələri ilə üzləşir

Sinqapurun Nəqliyyat naziri Chee Hong Tat-ın sözlərinə görə, konteyner gəmilərinin demək olar ki, 90%-i Sinqapura qrafikdən kənar gəlir ki, bu da 2023-cü ilə görə müqaisədə 77%-dən çox artım deməkdir. Logistik.az xəbər verir ki, Qırmızı dəniz böhranına görə davam edəm gecikmələr və gəmilərin Ümid burnu ətrafından Avropa və Asiya arasında daha uzun marşrutlara keçməsi də dəniz nəqliyyatı və konteyner dövriyyəsində əhəmiyyətli …

Ətraflı oxu »

Çinin yük avtomobilləri Orta Dəhliz vasitəsilə daşımalara başlayıb – 26 TIR Bakıya yola salındı

Çinin yük avtomobilləri Transxəzər beynəlxalq nəqliyyat dəhlizi – Orta Dəhliz vasitəsilə Çin-Avropa marşrutu üzrə yük daşımalarına başlayıb. 26 yük avtomobilindən ibarət konvoy iyulun 3-də Qazaxıstanın Kurik limanından gəmi-bərəyə yüklənərək, Bakıya yola salınıb. Çindən yük qatarı ilə gələn 110 konteyner eyni vaxtda Aktau limanında bərəyə yüklənib. Bununla əlaqədar keçirilən mərasimə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və bu ölkədə səfərdə olan Çin Xalq …

Ətraflı oxu »

İstanbul yaxınlığında saya oturan yük gəmisi xilas edildi

İstanbul yaxınlarında sahilə çıxan “Lady Ayana” adlı gəmi xilas edilib. Logistik.az xəbər verir ki, Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsinin sosial media hesabından edilən şərhdə, “Xilasetmə Mütəxəssisimizin koordinasiyası ilə 28 iyun 2024-cü ildə Ahırkapı lövbərində quruya çıxan “Lady Ayana” adlı gəmi; “Gemi Kurtaran”, “Kurtaran-5” və “Kural-10” yedək gəmilərimiz tərəfindən xilas edilib və yenidən üzməsi mümkün olub” bildirmişdir. Gəminin eyni bölgədə təhlükəsiz …

Ətraflı oxu »

Siandan Bakıya Orta Dəhlizlə gündə bir dəfə konteyner blok qatarı göndərilir

Bu aydan başlayaraq Çinin Sian şəhərindən Bakıya Orta Dəhlizlə gündə bir dəfə konteyner blok qatarı göndərilir. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) xəbər verir. Məlumata görə, məişət malları, avtomobil və ehtiyat hissələri ilə yüklənmiş ilk qatarın Qazaxıstan və Xəzər dənizindən keçməklə təqribən 8-12 günə Bakıya çatacağı gözlənilir. Siandan daşımalar bu il yanvarın 1-dən başlanılıb. Orta Dəhlizin potensialının genişləndirilməsi istiqamətində …

Ətraflı oxu »

Konstansada Orta Dəhliz imkanları müzakirə olunur

Logistik.az xəbər verir ki, dünən Rumıniyanın Konstansa şəhərində “Qara dəniz və Xəzər dənizi limanları və logistika 2024” sərgi və konfransı işə başlamışdır. İyulun 4-dək davam edəcək konfransda dünyanın hər yerindən 300-dən çox yüksək səviyyəli rəsmilər, elm adamları və s. iştirak edir. Dünyanın müxtəlif ölkələrindən 30 təqdimatçının qatıldığı tədbirin konfrans proqramı qlobal və regional ticarət və investisiya ilə bağlı aktual problemlərə …

Ətraflı oxu »

Türkiyə qlobal dəniz nəqliyyatında 11 milyard dollarlıq paya sahibdir

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu İstanbulun Tersane şəhərində keçirilən 3-cü Türkiyə Dəniz Zirvəsinin açılış proqramında çıxış edib. Logistik.az xəbər verir ki, Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu dünyada dəniz nəqliyyatının yük dəyərinin 380 milyard dollar olduğunu və Türkiyənin bundan 11 milyard dollar pay aldığını bildirib. 1 iyul 1926-cı ildə qüvvəyə minən Kabotaj Qanunu ilə Türk Dəniz Ticarətində xarici …

Ətraflı oxu »

Çindən Bakıya həftəlik yük qatarı marşrutu istifadəyə verilib

“Çin Dəmir Yolu Qrupu” Çin-Avropa dəmir yolu ilə yükdaşımalarda əsas qovşaq olan Sian şəhərindən Bakıya yeni qatar marşrutu istifadəyə verib. “Çin Dəmir Yolu Qrupu”nun məlumatına görə, qatarlar həftədə bir dəfə hərəkət edəcək. Siandan çıxan qatarlar Çinin Sincan Uyğur Muxtar Rayonundakı Horqos sərhəd məntəqəsindən Qazaxıstana keçəcək, Xəzər dənizi vasitəsilə ümumilikdə 12 günə Bakıya çatacaq. Bu marşrut üzrə ilk qatar iyulun 1-də …

Ətraflı oxu »

Çin Orta Dəhlizin tikintisində və istismarında fəal iştirak edəcək

Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) tikintisində və istismarında fəal iştirak etməyə hazırdır. Bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də əksini tapıb. Bildirilir ki, Çin tərəfi həmçinin Çin-Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və …

Ətraflı oxu »

Azərbaycan və Çin beynəlxalq multimodal daşımaların inkişafına dair Sazişin imzalanmasını sürətləndirəcək

Azərbaycan və Çin beynəlxalq multimodal daşımaların inkişafına dair Sazişin imzalanması prosesini sürətləndirməyə hazırdır. Bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də əksini tapıb. Tərəflər həmçinin iki ölkənin inkişaf strategiyalarının birləşdirilməsini gücləndirməyə, “Bir kəmər, bir yol” çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə …

Ətraflı oxu »

Çin limanları 130 milyon TEU dövriyyəni keçdi

Çin limanlarında 2024-cü ilin ilk beş ayında konteyner ötürmə qabiliyyəti əhəmiyyətli dərəcədə artıb və bu göstərici 132,8 milyon TEU konteyner təşkil edir. Logistik.az xəbər verir ki, yanvar-may aylarında ümumi konteyner həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artıb. Dünyanın ən işlək limanlarından biri olan Şanxay Limanı bu dövr ərzində 20,9 milyon TEU konteyner ötürmə qabiliyyətini elan edib ki, bu da illik …

Ətraflı oxu »

Yantszı çayının suyu təhlükəli səviyyəni keçib

Çin ərazisində ən uzun çay olan Yantzının müxtəlif hissələrində suyun səviyyəsi təhlükəli həddi keçib. Son günlər yağan şiddətli yağışlar səbəbindən Yantzı çayının Hubey əyalətindən keçən hissəsində suyun səviyyəsi 27,3 metrə çatıb. Qarşıdakı günlərdə yağışların davam edəcəyi, nəticədə çayda suyun səviyyəsinin daha da qalxması, yaşayış məntəqələrini və əkin sahələrini su basması ehtimalı yüksəkdir. Bu səbəbdən çay kənarındakı bəndlərə nəzarət üçün 14 …

Ətraflı oxu »